PSJ-də ciddi itki

14 Avqust 2020 22:44

PSJ-nin qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinalında "Leyptsiq"lə oyunu buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı qolkiperin ÇL-in 1/4 finalında "Atalanta" ilə matçda zədələndiyi bildirilib. Tibbi müayinədən keçən Navasın yarımfinal görüşündə iştirakının sual altında olduğu vurğulanıb.

Qeyd edək ki, "Leyptsiq" - PSJ oyunu avqustun 18-i Lissabonda olacaq.

Milli.Az