Villian "Arsenal"da

14 Avqust 2020 17:33

"Çelsi"dən ayrılan Villianın "Arsenal"a keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Villian yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2013-cü ildən "Çelsi"də çıxış edirdi.

Milli.Az