Litvada xarici tələbələrin ölkəyə girişinə icazə veriləcək

14 Avqust 2020 22:15

Litva COVID-19 pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətləri aradan qaldımağa davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Litva hökumətinin təsdiq etdiyi plana əsasən, sentyabrın 1-dən etibarən xarici tələbələrin ölkəyə girişinə icazə veriləcək.

Bununla yanaşı, ölkənin hava limanlarında və Klaypedadakı dəniz limanında daxili sərhəd nəzarəti sentyabr ayının 14-dək uzadılıb.

Milli.Az