Kontakt Home-un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda - AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM

14 Avqust 2020 12:40

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home "Xalqlar" "Bakıxanov Stansiya" mağazalarını tam yenilənmiş formatda müştərilərin istifadəsinə təqdim edib. Şəbəkə mağazalarda açılış münasibətilə müştərilərini hər növ məhsula 50%-dək endirim 18 ayadək hissə-hissə ödəniş kampaniyaları ilə sevindirir. Kampaniya bu gün başlayır və avqustun 23-dək davam edəcək.

Axtardığınız hər şey bir məkanda

Kontakt Home-un digər mağazaları kimi, bu mağazalar da müştərilər üçün çox uyğun zonalarda yerləşir: "Xalqlar" mağazası Qara Qarayev pr., 125B ("Xalqlar Dostluğu" m/st yaxınlığında), "Bakıxanov-2" mağazası isə Səməd bəy Mehmandarov pr., 1A ünvanında yerləşir.

2900 m2 sahəyə malik "Xalqlar" və 2520 m2 sahəyə malik "Bakıxanov Stansiya"şəbəkənin ən böyük mağazalarındandır. Loft üslubunda dizayn olunmuş mağazalar 4 mərtəbədən ibarətdir. Müştərilərin rahatlığı üçün hər iki mağazanın daxilində lift fəaliyyət göstərir. Gözləmə zallarında yerləşdirilmiş divanlarda telefon enerjisinin doldurulması üçün USB çıxışlar quraşdırılıb. Uşaqlı müştərilərin rahatlığı da düşünülüb. Balacalar üçün masaların üzərində albom və boya karandaşları, həmçinin müxtəlif beyin inkişaf etdirici oyunlar var.

Mağaza ziyarətçiləri Delonghi Zone-da yeni dəmlənmiş qəhvədən dadaraq mağazanın digər guşələrini gəzə bilər.

Mağazaların -1ci mərtəbəsində böyük məişət texnikasının, 1-ci mərtəbəsində rəqəmsal və kiçik məişət texnikasının, 2 və 3-cü mərtəbələrində isə mebel və tekstilin geniş çeşidi müştərilərə təqdim olunub.

Bir sözlə, elektronika və mebel əldə etmək istəyən hər kəs istədiyini eyni məkanda tapa bilər.

Açılışa özəl 50%-dək endirimlər, çox sərfəli hissəli alış şərtləri

Məhz "Xalqlar" və "Bakıxanov Stansiya" mağazalarının müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün avqustun 23-dək bu mağazalara gəlin.

Belə ki, açılış münasibətilə:

- Bütün telefonları ilkin ödənişsiz və 12 ay faizsiz;

- Bütün televizorları və məişət texnikasını ilkin ödənişsiz və 18 ay faizsiz;

- Bütün mebelləri isə ilkin ödənişsiz və 24 ay faizsiz hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, yalnız avqustun 23-dək hər növ məhsulu 50%-dək endirimlə əldə etmək imkanınız var. Belə ki, yalnız "Xalqlar" və "Bakıxanov Stansiya" mağazalarında:

Qeyd edək ki, Kontakt Home mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Sizə ən yaxın Kontakt home mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.