Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020 14:18

Milli.Az bildirir ki, Bakı Ali Neft Məktəbinin (BANM) 3 məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıblar.

"Kimya mühəndisliyi" ixtisasının məzunları Nərmin Baxışova Almaniyanın Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrich-Alexander Erlanqen-Nümberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

Qeyd edək ki, BANM-in 2019-cu il məzunları olan Nərmin Baxışova hazırda İtaliyanın "Maire Tecnimont" şirkətlər qrupunun "TCM KT JV Azərbaycan" MMC-də layihə üzrə kiçik mühəndis, Sahib Abdullayev isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir.

Məlumat üçün bildirək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM məzunudur.

DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.

Milli.Az