1000-dən çox əlilə xidmət göstərəcək Reabilitasiya Mərkəzi nə zaman hazır olacaq?

14 Avqust 2020 13:56

Prezident İlham Əliyevin tapşırığına əsasən reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində də təmir və yenidənqurma işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır.

Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək.

Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi də nəzərdə tutulur.

Milli.Az