"Barselona" "Bavariya"ya qarşı

14 Avqust 2020 13:01

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3-cü matç günündə Lissabondakı "Eştadiu da Luş" stadionunda "Barselona" "Bavariya" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəlki oyunların nəticələrinə əsasən, PSJ və "Leyptsiq" yarımfinala yüksəlib.

14 avqust

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

12 avqust
 
"Atalanta" (İtaliya) - PSJ (Fransa) - 1:2

13 avqust

23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Milli.Az