Telli Borçalı çətin durumda - Azərbaycana qayıda bilmir

14 Avqust 2020 12:50

Aşıq Telli Borçalı kimi tanınan Telzada Kurbanova Azərbaycana qayıda bilmir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, pandemiyadan öncə Gürcüstana gedən Kurbanova yeddi aydır Marneuli rayonundadır. Bir neçə gün öncə rayonun mərkəzi bazarına gələn aşığın hazırkı baxımsız görünüşü ətrafdakıların təəccübünə səbəb olub.

Bildirilir ki, 7 aydır məclislərə getməyən aşıq maddi sıxıntılar içərisindədir. Qeyd edək ki, T.Kurbanova əslən Marneuli rayonunun Qasımlı kəndindəndir.

Milli.Az