Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatıb

14 Avqust 2020 12:34

Ermənistanda son sutkada daha 276 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-a istinadən bildirir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 299 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 814 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 34 164 nəfərdir.

Milli.Az