"Fənərbağça"nın futbolçusu koronavirusa yoluxub

14 Avqust 2020 11:00

"Fənərbağça" klubunda 2 nəfər koronavirus infeksiyasına yoluxub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bir futbolçu və klubun bir əməkdaşının koronavirus testinin nəticəsi pozitiv çıxıb. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıb və müayinələrinə başlanılıb.

Qeyd edək ki, "Ankaragücü"də də baza işçilərindən birinin koronavirusa yoluxduğu açıqlanıb.

Milli.Az