Turan və Nərminin ikinci övladı doğuldu

14 Avqust 2020 15:57

Aparıcı Turan İbrahimov ikinci dəfə ata olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun vizajist xanımı Nərmin İbrahimova gecə saatlarında xəstəxanaya yerləşdirilib.

Cütlüyün oğlu dünyaya gəlib. Turan və Nərmin körpəyə Mete adını qoyub.

N.İbrahimova bildirib ki, uşağın avqustun 17-də doğulacağını gözləsələr də o, vaxtından tez olub.

Qeyd edək ki, cütlüyün Ömər adlı bir oğlu da var.

Milli.Az