Repçi Beyrutdakı hadisədən zərərçəkmişlərə 300 min dollar bağışladı

14 Avqust 2020 09:26

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayış öz nəticələri ilə bütün dünyanı silkələyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yüzlərlə insanın həyatına son qoyan, minlərlə insanı şikəst edən hadisəyə kanadalı repçi "The Weeknd" də biganə qalmayıb.

Sənətçi "Global Aid for Livan" fonduna 300 min dollar yardım göndərib.

Bu barədə onun meneceri Vassim Sal Sleybi məlumat verib.

O bildirib ki, ayrılan məbləğ faciədən zərərçəkmiş insanlar üçün xərclənəcək.

Milli.Az