2 otaqlı evdə yanğın olub

14 Avqust 2020 08:52

Saatlı rayonunun Bəylər kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb.

Fövqəladə hallar nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az