“iPhone 12” smartfonlarının təqdimat vaxtı məlum olub

13 Avqust 2020 22:46

Yeni "iPhone 12" smartfonlarının təqdimatı nəzərdə tutulan vaxtdan daha gec baş tutacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu insayder kimi tanınan bloqer Con Prosser bildirib.

Qeyd olunur ki, "Apple" bu il iki iri anons həyata keçirməyi planlaşdırır. Sentyabrın 7-də şirkət yeni "Apple Watch" və "iPad"i təqdim edəcək.

Oktyabrın 12-də isə "iPhone 12" smartfonlarının təqdimatı baş tutacaq. Yeni smartfonlar oktyabrın 19-dan satışa çıxarılacaq.

Eyni zamanda "iPhone 12 Pro" smartfonlarıın təqdimatının noyabradək ləngiyəcəyi bildirilir.

Milli.Az