"Athletic Bilbao"nun 6 üzvü koronavirusa yoluxub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçular və məşqçi heyətindən götürülən testlərdən 6-sı müsbət çıxıb. Yoluxanların adları açıqlanmayıb. Onların öz evlərində təcrid olunduğu bildirilib.
Komandanın avqustun 14-də yenidən testdən keçəcəyi qeyd edilib.
Milli.Az