Üç kiloqramadək çəkisi olan qeyri-adi göbələk - FOTO

14 Avqust 2020 08:07

İsmayıllı sakininin həyətində qeyri-adi ölçüdə göbələk çıxıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin Qaçaq Nəbi, ev 16 ünvanında yaşayan Elman Süleymanov həyətyanı sahəsində yetişdirdiyi tərəvəz və bostan məhsullarını yığarkən iri, inana bilmədiyi ölçüdə göbələyə rast gəlib. Aşkar olunan göbələyin ölçüsü və çəkisi ilə maraqlanıb və ölçüsü 20x25 santimetr, çəkisi 3 kiloqram olub.

Milli.Az