Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının prezidenti seçilib

14 Avqust 2020 02:30

Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının (WBC) prezidenti seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, WBC-nin məlumatında qurumun İdarə Heyətinin üzvlərinin yekdilliklə M.Süleymanın lehinə səs verdikləri bildirilib.

O, 2014-cü ilin fevralından WBC-nin rəhbəri vəzifəsində çalışır. Ondan əvvəl isə təşkilatın prezidenti vəzifəsini atası Xose Süleyman tutub. X.Süleyman 39 il WBC-yə rəhbərlik edib.

Milli.Az