Məşhur milyarder vəfat etdi

14 Avqust 2020 01:30

Amerikalı biznesmen, "ViacomCBS" media korporasiyasının fəxri sədri Samner Redstoun 97 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, dünyanın ən qocaman milyarderlərindən birinin ölümü barədə onun ailəsi tərəfindən yaradılmış "National Amusements" şirkəti və yaxınları tərəfindən bildirilib.

Qeyd edək ki, "National Amusements" şirkəti 1936-cı ildə milyarderin atası - Maykl Redstoun tərəfindən təsis edilib. Daha sonra sədr vəzifəsini onun oğlu Samner tutub. 2012-ci ildə "CNBC"yə verdiyi müsahibədə o, "Viacom"un alınmasını biznesdə əsas nailiyyət adlandırıb.

Redstoun 1987-2016-cı illərdə "ViacomCBS"in sədri, 1996-2005-ci illərdə isə şirkətin baş direktoru olub. 2019-cu ilin noyabr ayında onun var-dövləti 3,9 milyard dollar məbləğində qiymətləndirilirdi. (publika.az)

Milli.Az