Prokurorluq sosial şəbəkələrdə - VİDEO

13 Avqust 2020 15:03

Xəbər verildiyi kimi, prokurorluq orqanları ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mili.Az-a verilən məlumata görə, prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, yeniliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər və digər məlumatları əldə etmək istəyən şəxslər rəsmi səhifələrə abunə olmaqla məlumatları maneəsiz şəkildə dərhal əldə edə bilərlər.

Milli.Az