Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün daha bir görüş keçiriləcək. Lissabonun "Estadio Joze Alvalade" stadionunda Almaniyanın "Leyptsiq" klubu Madrid "Atletiko"su ilə qarşılaşacaq.
Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf yarımfinala vəsiqə əldə edəcək. Bu cütün qalibi final uğrunda oyunda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq.
13 avqus
Çempionlar Liqası 1/4 final
23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
14 avqust
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
15 avqust
23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
12 avqust
"Atalanta" (İtaliya) - PSJ (Fransa) - 1:2
Milli.Az