Kapitan getdi

13 Avqust 2020 08:58

"Valensiya" kapitanı Daniel Parexo ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi La Liqanın digər təmsilçisi "Vilyarreal"a keçib. Bunu "Vilyarreal"ın rəsmi saytı açıqlayıb. İspaniya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Daniel Parexo 2011-ci ildən "Valensiya"da çıxış edirdi. O, bu müddətdə 383 rəsmi oyuna çıxıb.

Milli.Az