Bakıda piyadanı motosiklet vurub

13 Avqust 2020 08:53

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azneft dairəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Piriyeva Gülçöhrə Sultan qızı yol kənarında hərəkətdə olarkən onu motosiklet vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az