Bakıda avtomobil dayanacaqdakı avtobusa çırpılıb - FOTO

13 Avqust 2020 08:43

Bakının Nərimanov rayonunda minik maşını sərnişin avtobusu ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

"Volkswagen" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zamanı "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı sərnişinlər avtobusdan çıxarılıb.

Avtobus sürücüsü Heydər İsmayılovun APA-ya verdiyi məlumata görə, minik avtomobili əvvəlcə səkiyə çırpılıb. Nəqliyyat vasitəsinin təkəri partladıqdan sonra avtobusla toqquşub.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az