Bakıda köməkçi tikili yanıb

13 Avqust 2020 07:25

Bakıda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyü 10 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az