Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb - VİDEO

12 Avqust 2020 18:19

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində su borusu partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Zaur Şərifov küçəsi, bina 5-in qabağında qeydə alınıb. Sakinlərin sözlərinə görə, iki saatdan çoxdur axan su yolda gölməçə yaradıb.

Əlavə edilib ki, borunun partlamasına səbəb ərazidə qazıntı aparan traktor olub.

Milli.Az