Azərbaycan Premyer Liqasının yeni loqosu

12 Avqust 2020 18:54

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir:

1) Alov - "odlar yurdu" Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə - Xəzər dənizinə işarədir;
3) Qartal - Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Milli.Az