“Barselona”nın futbolçusu koronavirusa yoluxub - "Bavariya" ilə oyun təxirə salınacaq?

12 Avqust 2020 13:57

İspaniyanın "Barselona" klubunun bir futbolçusu koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, virusa yoluxan futbolçu klubun gənclər heyətindən olub. Onun adı hələlik açıqlanmır.

Qeyd olunur ki, bu futbolçu Çempionlar Liqasında iştirak edən "Barselona"nın əsas heyət oyunçuları heç bir təmasda olmadığı üçün klubun "Bavariya" ilə keçirəcəyi matç təxirə salınmayıb.

"Barselona"nın gənclər heyəti İspaniyada yeni mövsüm ərəfəsində təlim-məşq toplanışlarına başlamalı idi.

Milli.Az