"Mançester Siti"də ciddi itki

12 Avqust 2020 16:53

"Mançester Siti"nin futbolçusu Serxio Aguero Çempionlar Liqasının qalan oyunlarında komandasına kömək edə bilməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Aguero, zədə səbəbindən ÇL-nın qalan oyunlarında komandasına kömək edə bilməyəcəyini bildirib. O, iyun ayında dizindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasında 1/4 finala yüksəlib və "şəhərlilər" bu mərhələdə Lyon-la qarşılaşacaq.

Milli.Az