Azərbaycan neftinin qiymətləri dəyişib

12 Avqust 2020 21:20

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 45,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.

Milli.Az