Rusiya vaksinin istifadəyə veriləcəyi tarixi açıqladı

12 Avqust 2020 12:23

Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus vaksininin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Mixail Muraşko açıqlama verib. Bildirilib ki, "Sputnik-V" adlı peyvənd "Gamaleya" Araşdırma İnstitutu tərəfindən hazırlanıb və "AFK Sistema" şirkətinin "Binnopharm" dərman fabrikində kütləvi istehsalına başlanılıb.

Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir.

Peyvənd ilk olaraq yüksək risk qrupundakı vətəndaşlar - tibb işçiləri və müəllimlərə tətbiq olunacaq.

Milli.Az