Huawei özünəməxsus prosessorlarla kompüter bazarına daxil olur

13 Avqust 2020 23:15

Huawei şirkəti brend prosessorlarında fəaliyyət göstərəcək yeni kompüterlərin bazara çıxarılmasına hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət Kunpeng adlı sistemləri hazırlayır.  

Kunpeng 920 2249K sistemi 24 nüvəli olacağı planlaşdırılır, kompüterlər dörd DDR4 yaddaş yuvasını alacaqlar. Qurğunun RAM həcmi 8 GB-dan 64 GB-ə qədər ola bilər, SSD isə 256-dan 512 GB-ə qədərdir. Videokart olaraq cihaza Yeston RX 550 yerləşdiriləcək, çip olaraq isə AMD çıxış edəcək. Huawei cihazları PC USB-A, USB-C, Ethernet və VGA daxil olmaqla lazımi portlarla təchiz olunacaq. Bundan əlavə, kompüterlərin əməliyyat sistemi Linux əsaslı UOS distributivi olacaq.

Qeyd edək ki, yeniliklərin qiyməti 1000 ABŞ dollarını aşacaq.

Milli.Az