Android sistemli telefonlar zəlzələni təyin edə biləcək

13 Avqust 2020 23:55

Google tərəfindən inkişaf etdirilən yeni sistem sayəsində Adroid sistemli smartfonlar zəlzələ barədə xəbərdarlıq edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Android 5 versiyalı və daha yeni cihazlar seysmoqraf kimi istifadə oluna biləcək.

ABŞ Geologiya İnstitutu ilə Google-un ortaq layihəsi olan sistem sayəsində zəlzələləri əvvəlcədən təyin etmək mümkün olacaq. Bunun üçün smartfonlardakı sensorların köməyindən yararlanılacaq.

Hazırda istifadə edilən sistemə dəstək məqsədilə yaradılan sistem istifadəçilərdən gələn siqnalları bir mərkəzdə toplayaraq emal edəcək. Sistem yalnız zəlzələnin vaxtını deyil, maqnitudasını da təyin edə biləcək. Bundan başqa, sistem istifadəçilərə xəbərdarlıq edərək lazımi profilaktik adımların atılmasına zəmin yaradacaq.

Milli.Az