Hyundai-in yalnız elektrikli avtomobillərdən ibarət olacaq yeni markası

13 Avqust 2020 22:55

Hyundai elektrik mühərrikli nəqliyyat vasitələri üçün yeni bir marka yaradacağını açıqlayıb. Bu marka şirkətin hazırkı modellərindən biri olan "İoniq"in yalnız tam elektrikli avtomobillərdən ibarət olan versiyası olacaq. Avtomobil həvəskarları gələn il Hyundai-ın yeni markası ilə tanış olmaq imkanı əldə edəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, hələlik sadəcə bir model olaraq tanıdığımız İoniq qarşıdakı illərdə 3 fərqli modeli olan bir marka olacaq. Beləliklə, Hyundai-nin yeni markasına hansı nəqliyyat vasitələri daxil olacaq?

Edilən açıqlamalara görə Hyundai-ın yeni avtomobil modellərindən ilk ikisi, şirkətin mövcud konsepsiya modellərinə bağlı olacaq. Əslində, Hyundai-ın İoniq markası altında görə biləcəyimiz ilk avtomobil 2019 Frankfurt Motor Show-da təqdim olunan "45" modelinin yeni versiyası olacaq.

Hyundai İoniq markası adı ilə istehsal edəcəyi ilk nəqliyyat vasitəsini "5" adı ilə elan edəcək. Hyundai həvəskararı 2021-ci ildə bu vasitə ilə tanış olmaq imkanı əldə edəcəklər. 2022-ci ildə isə "6" adlı yeni bir İoniq avtomobili ilə qarşılaşacağıq.

2024-cü ildə İoniqin üçüncü modeli ilə tanış olmaq imkanımız olacaq. Bu vasitə "7" adını alacaq və tamamilə unikal olacaq.

Milli.Az