Apple şirkəti daha bir iPhone 12 modelini satışa çıxarda bilər

13 Avqust 2020 08:59

Wedbush Securities analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti 4 deyil 5 ədəd iPhone 12 modeli satışa çıxardacaq. Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən söhbət, 5G yox LTE dəstəkli iPhone 12 modelindən gedir. Analitiklərin sözlərinə əsasən şirkət ilk öncə iPhone 12 modellərinin həm 4G həm də 5G versiyalarını təqdim etməyi planlaşdırırdı. Lakin sonradan şirkət bu plandan imtina edib. Buna görə də iPhone 12 4G modeli daha sonra satışa çıxacaq.

Gözləntilərə əsasən iPhone 12 4G modeli gələn iln fevral ayında təqdim olunacaq. Smartfon təqribi olaraq 800$-a satılmalıdır. Qeyd etmək lazımdır ki, gələn ay təqdim olunması gözlənilən iPhone 12 seriyasına yalnız 4 smartfon daxil olacaq. Həmin modellərin hamısı 5G dəstəyini əldə edəcəklər. Bununla yanaşı yeni iPhone 12 modelləri 5.4 düymdən tutmuş 6.7 düymə qədər OLED ekranlar və yenilənmiş Apple A14 Bionic prosessoru ilə təchiz olunmalıdırlar.

Milli.Az