Messi məşqə sarğı ilə çıxdı

12 Avqust 2020 10:27

"Barselona"nın kapitanı Lionel Messi komanda ilə məşqlərə qoşulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşmaya qədər hazır olacaq.

ÇL-in 1/8 final mərhələsində "Napoli" ilə görüşdə xəsarət alan 33 yaşlı futbolçu bugünkü məşqə ayağında sarğı ilə çıxıb.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu avqustun 14-də Lissabonun "Da Luş" stadionunda keçiriləcək.

Milli.Az