Qızılın qiyməti düşüb

12 Avqust 2020 09:16

"Comex" birjasında (Nyu-York ticarət birjasının bölməsi) qızılın troy unsiyasının qiyməti 2,39 faiz ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 05:45 üçün "Comex" birjasında qızılın troy unsiyasının qiyməti 1 899 dollara düşüb.

Qeyd edək ki, son dəfə qızılın bir troy unsiyasının qiyməti iyulun 26-sı 1 900 dollar səviyyəsindən aşağı olub.

Milli.Az