Bakıda aeroport yolunda qəza olub

11 Avqust 2020 20:31

Aeroport şosesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bu səbəbdən hazırda Aeroport şossesində Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.

Milli.Az