"Tottenhem"dən yeni transfer

11 Avqust 2020 20:14

"Tottenhem" heyətinə yeni futbolçu cəlb edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Sauthempton"dan Pyer-Emil Heyberqi transfer etməyə yaxındır. Artıq 25 yaşlı yarımmüdafiəçinin "Tottenhem" üçün tibbi müayinədən keçdiyi bildirilir.

Qeyd edək ki, 2016-cı ildən "Sauthempton"da forma geyinən Heyberq Danimarka millisinin də üzvüdür.

Milli.Az