Niderlandın "Feyenoord" klubunun iki futbolçusu koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İki futbolçunun koronavirus testinin müsbət nəticələndiyi bildirilib. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıb.
Xatırladaq ki, pandemiya səbəbindən Niderland çempionatında mövsüm ləğv edilib.
Milli.Az