"Sumqayıt" adi komanda deyil" - "Şkendiya"nın futbolçusu

11 Avqust 2020 20:09

"Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. "Sumqayıt" adi komanda deyil. Onlar çempionatdakı mövqeləri ilə Avroliqaya vəsiqəni təmin ediblər. Rəqib yaxşı keyfiyyətə malikdir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri  Şimali Makedoniyanın "Şkendiya" klubunun futbolçusu Lyupko Doriyev Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını bildirib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram".

Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.

Milli.Az