“Yuventus” Belçikalı hücumçunu transfer etdi

11 Avqust 2020 19:44

"Anderlext"in hücumçusu Samuel Mbanqula karyerasını İtaliyada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 16 yaşlı futbolçu "Yuventus"a keçib.

Belçikanın U-17 millisinin üzvü Turin klubu ilə 3 illik müqavilə imzalayıb. Mbanqula növbəti mövsümü "qoca sinyora"nın U-17 komandasında keçirəcək.

Qeyd edək ki, "Yuventus" baş məşqçi postunda dəyişiklik edərək, Mauritsio Sarrinin əvəzinə Andrea Pirlonu gətirib.

Milli.Az