Azərbaycanda indiyədək 796 459 koronavirus testi aparılıb

11 Avqust 2020 16:57

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 6 318, hazırkı dövrədək isə 796 459 test aparılıb.

Milli.Az