Bu il yarım milyondan çox sərnişin daşınıb

11 Avqust 2020 15:55

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bu ilin ilk altı ayının statistikasını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, pandemiya səbəbindən BBAK bu ilin ilk üç ayı - yanvar, fevral və mart ayları fəaliyyət göstərib. Bu zaman ərzində ümumilikdə 24 min 932 reys həyata keçirilib ki, bu reyslər üzrə 564 min 340 sərnişin daşınıb:

"Bunlardan 1878 reyslə 18 min 783 sərnişin beynəlxalq istiqamətdə, 23 min 54 reyslə, 545 min 557 sərnişin isə şəhərlərarası istiqamətdə yola salınıb".

Milli.Az