Bakıdakı binada yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

11 Avqust 2020 16:09

16:09

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Milli.Az bildirir ki, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

14:38

Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.

Milli.Az "Metbuat.az"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu A.M Şərifzadə küçəsi 112 də yerləşən binada qeydə alınıb.

Hazırda hadisə yerində FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.

Milli.Az