Rusiyada dərslər sentyabrın 1-də başlayacaq

11 Avqust 2020 13:56

Rusiyada orta məktəblərdə dərslər sentyabrın 1-də əyani formatda başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Maarif Nazirliyindən bildirilib. 

Nazirlik dəsrlərin sanitar təhlükəsizlik tədbirlərinə riayət olunmaqla sentyabrın 1-də əyani formatda başlayacağını açıqlayıb. 

O da bildirilib ki, ölkə ərazisində 36 mindən çox təhsil təşkilatları yeni təhsil ilinin başlanmasına hazırdır.

Milli.Az