"Real Madrid"dən "Villareal"a

11 Avqust 2020 15:53

"Real Madrid" futbolçusu Takefusa Kubanı icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yapon yarımmüdafiəçi növbəti mövsüm icarə əsasında "Villarreal" da çıxış edəcək.

Qeyd edək ki, Madrid təmsilçisi 19 yaşlı oyunçunu 2019-cu ilin yayında transfer edib. Kuba 2019/2020 mövsümünü icarə əsasında Mallorca-da keçirib.

Milli.Az