Ağ Ev yaxınlığında baş vermiş atışmaya görə Tramp brifinqi tərk etdi - VİDEO

11 Avqust 2020 10:56

ABŞ Prezidenti Donald Trampın brifinqi zamanı Ağ Ev yaxınlığında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident dərhal məxfi xidmət əməkdaşı tərəfindən brifinq zalından uzaqlaşdırılıb.

Qeyd olunur ki, hadisəni törədən şəxs polis tərəfindən açılan atəş nəticəsində yaralanıb və ələ keçirilib.

İnsident başa çatdqıdan sonra Donald Tramp jurnalistlərin suallarını cavablandırmağa davam edib.

Milli.Az