Ronaldu ən yaxşı oyunçu seçildi

11 Avqust 2020 09:33

"Yuventus"da 2019/2020 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kriştianu Ronaldu 1-ci olub.

Qeyd edək ki, portuqaliyalı hücumçda A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 qolun ötürməsini verib.

Milli.Az