Astarada 2 otaqlı ev yanıb

11 Avqust 2020 07:45

Astara rayonunda 2 otaqlı ev yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Astara rayonunun Şuvi kəndində ümumi sahəsi 32 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az