ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb - VİDEO

10 Avqust 2020 20:33

ABŞ-ın Solt-Leyk-Siti şəhərinin polis departamenti polis əməkdaşının sinəsinə bərkidilmiş kamera vasitəsilə cinayətkarın zərərsizləşdirilməsi anının videogörüntüsünü ictimailəşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 34 yaşlı Endrü Ceykob Pirs mübahisə zəminində digər şəxsin boğazına bıçaq dirəyib.

Polis əməkdaşları silahları həmin şəxsə tərəf tuşlayaraq bıçağı atmasını tələb edib. Polislərdən biri ani fürsətdən yararlanaraq atəş açıb. Qurban hadisə yerindən uzaqlaşdıqdan sonra daha bir neçə atəş açılıb. E.C.Pirs aldığı yaralardan hadisə yerində ölüb.

Qeyd edək ki, bu hadisə iyulun 25-də baş verib.

Milli.Az